DünyaSiyasət

ABŞ İranın Çinə neft daşıyan “kölgə donanmasına” sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınaraq Çinə neft ixracı üçün istifadə etdiyi beynəlxalq şirkətlər və gəmilər şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib.

Nazirliyin açıqlamasına əsasən, məhdudiyyətlər Yunanıstan vətəndaşı Antonios Marqaritis, həmçinin onun idarə etdiyi şirkətlər və gəmiləri əhatə edir. Bildirilir ki, Marqaritis uzunillik gəmiçilik təcrübəsindən istifadə edərək İran neftinin qanunsuz daşınmasına və satışına dəstək göstərib.

Tacxeber.com xəbər verir ki, Vaşinqtonun məlumatına görə, İranın tərkibində fəaliyyət göstərən “kölgə donanması” müxtəlif beynəlxalq vasitəçilər vasitəsilə sanksiyaları pozaraq neft ixracını davam etdirməyə çalışır.

ABŞ rəsmiləri qeyd ediblər ki, yeni sanksiyaların əsas məqsədi Tehranın qeyri-qanuni enerji ticarətini məhdudlaşdırmaq və mövcud beynəlxalq məhdudiyyətlərin icrasını gücləndirməkdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müsəlman baş nazir: “Homoseksualların evlənməsi günah deyil”

redaktor

Tramp: ABŞ İranı vurmasaydı Tehran artıq nüvə silahına sahib ola bilərdi

redaktor

Tramp Melaniya ilə Epşteyn vasitəsilə tanış olub?

admin