Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Ukrayna ilə Rusiya arasında sülh üçün istənilən təşəbbüsü həyata keçirməyə hazır olduğunu bildirib.
Türkiyə liderinin ofisindən verilən məlumata görə, söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
“Söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Rusiya ilə Ukrayna arasında sülh prosesi, eləcə də bir çox regional və qlobal hadisələr, o cümlədən Qəzza zolağındakı mövcud vəziyyət müzakirə edilib. Prezidentimiz Türkiyənin ədalətli sülh bərqərar etməklə Ukrayna-Rusiya müharibəsinə son qoymaq səylərinin davam etdiyini, təmasları yaxından izlədiyini bildirib.”
Ərdoğan həmçinin Makrona bildirib ki, “Türkiyə Ukrayna və Rusiya arasında sülh danışıqları çərçivəsində istənilən səyləri dəstəkləməyə hazırdır”.