CəmiyyətGündəmSiyasət

ABŞ həqiqətən 907-ci düzəlişi ləğv edib?

Prezident İlham Əliyev Vaşinqtonda verdiyi müsahibə zamanı iddia edib ki, ABŞ Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ləğv edib.

“Fakt Yoxla” 907-ci düzəlişin ləğv edilib-edilmədiyini araşdırıb.

 907-ci düzəliş nədir?

1992-ci ildə ABŞ Konqresi post-sovet ölkələrinə yardımı nəzərdə tutan “Azadlığa Dəstək Aktı”nı qəbul edib. Sənəd müstəqil olmuş post-Sovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur

Elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə və yerli özünüidarəetmə qurumlarına birbaşa yardımını qadağan edir.

Düzəlişin qəbul edilməsində əsas arqument olaraq Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərini blokadada saxlaması göstərilmişdi. Nəticədə, 1992-ci ildən 2002-ci ilə qədər 907-ci düzəliş Azərbaycana ABŞ-dan birbaşa yardımın göstərilməsinin qarşısını alıb.

2001-ci il 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə dəstəyini nəzərə alan ABŞ Konqresi prezidentə bu düzəlişi hər növbəti il üçün dondurmaq səlahiyyəti verib. ABŞ prezidentləri də 2002–2023-cü illərdə hər il bu hüquqdan istifadə edərək 907-ci düzəlişi dondurub.

Həmçinin, avqustun 8-də Vaşinqtonda İlham Əliyevin Donald Tramp ilə görüşü zamanı 907-ci düzəliş ABŞ tərəfindən bir il müddətinə yenidən dondurulub – Bu, ləğv demək deyil.

 Prezidentin səlahiyyəti sadəcə düzəlişi bir il müddətinə dondurmaqla məhdudlaşır. Yəni Prezident Konqresin qərarı olmadan bu düzəlişi ləğv edə bilməz.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin 907-ci düzəlişin ləğv edildiyi ilə bağlı iddiası yanlışdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rəbiyyə Məmmədova Sahibkarlığın İnkişaf Fondunun binası qarşısında oturaq aksiya edir.

admin

Avtobusda cibgirlik edənlər saxlanıldı

redaktor

Qanda leykositlərin artması və azalmasının səbəbləri açıqlanıb

redaktor