DünyaSiyasət

Paşinyan “Tramp marşrutu”nun təhlükəsizliyini kimin təmin edəcəyini açıqladı

Sünik bölgəsindən (Zəngəzur – red.) keçən marşrutun təhlükəsizliyini üçüncü ölkə deyil, Ermənistan qüvvələri təmin edəcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında deyib.

Ermənistanın baş naziri vurğulayıb ki, Azərbaycanla əsas razılaşmalardan biri regionda kommunikasiya yollarının bərpasına aiddir.

“Ermənistan ərazisindən keçən rabitə marşrutları Ermənistanın müstəsna yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan tərəfi təmin edəcək”, – Ermənistanın baş naziri bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rus oliqarxlar müharibə başlayandan 93 milyard dollar itiriblər

admin

Azərbaycanda sabiq məhkəmə sədrinə qarşı külli miqdarda dələduzluq edilib

redaktor

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır – MÜSAHİBƏ

admin