29 C
Bakı
19 Avqust 2025 19:36
Cəmiyyətİqtisadiyyat

Maliyyə Nazirliyi “xəsisliyə” başlayan kimi, özəl sektorda “boğulma” başlayır.

Yeni Maliyyə Naziri, “əjdaha suyun qabağını kəsən kimi”, büdcə xərcləmələrini azaltmağa çalışır, “qənaət” edib, dövlətin pulunu “depozitə” qoyub, büdcə üçün əlavə gəlir götürməyə çalışır.

Problem odur ki, hər iki məsələ Maliyyə Nazirliyinin görəcəyi iş, əsas vəzifəsi deyil.

Yeni nazir anlamır ki, ölkə iqtisadiyyatının “can damarı” büdcə xərcləridir – demirəm ki, bu yaxşıdır, amma, təəssüf ki, belədir. Sadə, hətta, primitiv modelə söykənən Azərbaycan iqtisadiyyatı büdcədən “qıdalanır”. Məsələn, büdcə hesabına məktəb tikilir (korrupsiyanı qoydum qırağa) – bunun daşı, sementi, betonu, şepeni, qapısı-pəcrəsi, dam ötrüyü, stolu-stulu, lövhəsi, kompyuteri və s. büdcə pulu ilə özəl sektordan alınır. Özəl sektor bu sifarişlər olmasa, lap can verər, indi zorla ayaqdadır.

Maliyyə Nazirliyi “xəsisliyə” başlayan, pulu az və gec ayıran kimi, özəl sektorda “boğulma” başlayır. Ciddi biznes şəraiti, böyük “oyunçular” yoxdur ki, özəl sektor öz çarxını, özü döndərsin.

“Neft-büdcə-tikinti-özəl sektor” sxemi üzərini inşa edilən primitiv modelin, “zəncirin əsas həlqəsı”, büdcə pulu azalan kimi, digər həlqələri də “dizini yerə qoyur”.

Maliyyə və İqtisadiyyat Nazirliklərinin əsas məqsədi iqtisadi artım-ÜDM artımı, rifah, iş yerlərinin artması və ölkə əhalisinin yüksək gəlirli iqtisadi modelə keçidini təmin etməkdir. Əgər bu ilin ilk 7 ayında ölkədə ÜDM cəmi 0,9% artıbsa, əslində isə məmləkət ressesiya ilə üzləşibsə, deməli hər iki nazirlik sinifdə qalıb…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

On qəpiklik “zəlzələ” – Gedişhaqqı artımı əhaliyə 145 milyon manata başa gələcək

redaktor

Gələn ilin büdcəsi: Pensiya və maaşlar bu qədər artacaq

redaktor

Ermənilər Qarabağa hansı pasportla gəlib-gedirlər…

redaktor