DünyaSiyasət

Xameneinin müşaviri: “Ən pis ssenariyə hazırlıq görürük”

“İsrail və ya ABŞ ilə yeni müharibə hər an başlaya bilər”.

Bu sözləri İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri, general Rəhim Səfəvi deyib.

O qeyd edib ki, İran atəşkəs rejimində yox, müharibə vəziyyətindədir.

“Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, qayda və ya razılaşma olmayıb”, – deyə iranlı general vurğulayıb.

Rəhim Səfəvi qeyd edib ki, İran güclü olmalıdır, əks halda tapdaq altında qalacaq.

“Biz diplomatik, media, raket, dron və kiberhücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarilər üzərində işləyirik, ən pis ssenarini görürük və bunun üçün plan hazırlayırıq”, – R.Səfəvi fikrini yekunlaşdırıb.(Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türk Dövlətləri Təşkilatı kimə xidmət edir?

redaktor

ABŞ İrana nüvə deyil, bunker dağıdan bombalar hazırlayır

redaktor

Rusiya Ukraynada məktəbləri və xəstəxanaları vurur – 26 nəfər həlak olub

redaktor