13 C
Bakı
24 Mart 2026 16:51
DünyaSiyasət

Sikorskidən Trampa məntiqli cavab…

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynada müharibənin dərhal dayandırılması ilə bağlı çox sadə məsləhətlər verib. Nazir Radoslav Sikorski X sosial şəbəkəsində yazıb: “Arayış üçün. 1994-cü ildən Ukrayna artıq müstəqillik və sərhədlərin toxunulmazlığına dair zəmanətlərə malikdir – o cümlədən Rusiyadan. Bundan əlavə, 22 aprel 2004-cü ildə Vladimir Putin Rusiya-Ukrayna sərhədi haqqında müqaviləni təntənəli şəkildə ratifikasiya edib. Sadəcə, onlara riayət etmək kifayətdir – və müharibə bitəcək”.

Bir gün əvvəl Tramp demişdi ki, Zelenski “istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər” və ukraynalıların Krımı Putinə verməli və NATO-ya üzv olmaqdan imtina etməli olduqlarına eyham vurmuşdu…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi

redaktor

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

redaktor

Ukrayna kəşfiyyatı: Moskvanı yeni TRIPP marşrutu Cənubi Qafqazdan çıxarmağa məcbur edir

redaktor