Ermənistanla qarşılıqlı əlaqələrin yaradılmasından, aramızdakı duman pərdəsi qalxandan sonra hər iki tərəf görəcək ki, bir-birlərinə bu qədər bənzəyən, eyni adətləri, dünyaya baxışları, antropoloji quruluşları, davranışları, oxşar şeylərə sevincləri, kədərləri paylaşan bəlkə də başqa belə iki ayrı xalq yoxdur.
Ermənilər Pyotrdan bəri Rusiya tərəfindən ağır bir şovinizm xəstəliyinə yoluxdu. Paşinyan isə öz həyatı, karyerası bahasına bu virusdan erməni cəmiyyətini təmizləməkdədir.
Paşinyan hökuməti çox işlər görüb. Mən ümid etmək istəyirəm ki, növbəti seçkilərdə erməni xalqı 300 ildən çox müddətə davam edən Rusiyanın kuklası olmaq senarisinə son deyəcək.
Azərbaycan da öz növbəsində son müqavilədə öhdəliyinə götürdüyü kimi Qərbi Azərbaycan söhbətlərinə ən azı rəsmi səviyyələrdə son qoymalıdır, hər iki cəmiyyətdə qarşılıqlı mehriban qonşuluq hekayələri yaddaşlara qaytarılmalıdır planlı şəkildə, bu baxımdan Misir Mərdanovun çıxışı və bunun yayılması təqdirəlayiq idi.
Və hər iki tərəfin tarix kitablarında düşmənçilik və nifrət duyğularını bəsləyən hər şey çıxarılmalıdır.
Azərbaycan tez bir zamanda Ermənistanla ticari əlaqələri bərpa etməlidir, birgə iqtisadi biznes modelləri işlənməlidir, seçkiyə qədər potensial sülh sazişinin faydalarını erməni xalqı görməlidir, mütləq, erməni xalqıyla aparılan küçə reportajları da bunu göstərir, yoxsa bu müqavilə sülh sazişinə çevrilmədən fiaskoya uğrayacaq.