Dünya

Türkiyə Azərbaycanı döyüş təyyarələrinin istehsalında iştiraka dəvət etdi

 

Türkiyə Azərbaycanı bu ölkənin milli döyüş təyyarəsinin istehsalında iştirak etməyə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bunu bazar günü Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyəli müdafiə-sənaye layihələrində tərəfdaş kimi iştirakına açıqdır.

“Dost və qardaş ölkələri milli döyüş təyyarəsi layihəsində iştirak etməyə dəvət edirik. Bu ölkələrə İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı aid etmək olar”, – deyə İ.Demir bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor