DünyaSiyasət

Washington Post Putinin Alyaska səfəri haqqında: Nəticəsindən asılı olmayaraq o, qalib gəldi

“Washington Post” qəzeti Rusiya prezidenti Vladimir Putinin Alyaska səfərinin yekunlarını açıqlayıb. Nəşr qeyd edir ki, Donald Trampla danışıqlar konkret nəticədən asılı olmayaraq Rusiya lideri üçün diplomatik qələbə olub.

Qəzetin yazdığına görə, görüş Putinə öz mövqeyini birbaşa ABŞ prezidentinə bildirmək imkanı verib. Məqalədə o da bildirilir ki, Rusiya lideri Vaşinqtonun Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməsini ləngitməyə nail olub.

Qəzet Putinin səmimi qarşılanmasına xüsusi diqqət yetirib. Washington Post yazır ki, Amerika və Rusiya liderlərinin salamı Avropada narahatlıq yaradıb. Qəzetin yazdığına görə, Tramp Putini qırmızı xalçadan keçərkən alqışlayıb, bundan sonra liderlər “əl sıxışıb, zarafat edib və gülüblər”.

 

Tacxeber.com

Oxşar xəbərlər

SBU pilotsuz təyyarələri Tatarıstandakı Şahed anbar terminalını vurub

redaktor

Kəmaləddin Heydərovun son arzusu: Bu qurumun rəisi olmaq istəyir

redaktor

Ermənistan daha nə istəyir? – Lukaşenko

redaktor