DünyaSiyasət

Starmer, Ukrayna səmasında patrulluq edən Böyük Britaniya qırıcı təyyarələrinə icazə verdi

Britaniya atəşkəs elan edildikdən sonra ilk həftə ərzində öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırır.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət hərbi əməliyyatlarda fasilə yaranacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin bərpasına kömək edəcək yüzlərlə britaniyalı hərbi təlimatçı və mühəndisdən gedir.

Baş nazir Keir Starmer də Rusiyanın atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün müttəfiqlərlə yanaşı Ukrayna səmasında patrul etmək üçün RAF döyüş təyyarələrinin istifadəsini təsdiqləyib.

Qərar ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında aparılan danışıqlar fonunda qəbul edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanı ŞOKA salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq

redaktor

Mariya Zaxarova Baydeni ələ saldı

admin

“Tiktok” “Sputnik”in 11 hesabını SİLDİ

redaktor