Dünya

Ukrayna Müdafiə Qüvvələri Rusiyada olan rus gəmisini vurublar

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Astraxan vilayətində yerləşən dəniz limanına zərbə endirərək, İrandan «Şahed» dronları üçün komplektləşdirici hissələr daşıyan gəmini məhv ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Müdafiə qüvvələrinin düşmənin hava zərbələri endirmək imkanlarını azaltmaq məqsədilə həyata keçirdiyi əməliyyat çərçivəsində, 14 avqustda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələri digər müdafiə qüvvələri ilə birgə Rusiyanın Astraxan vilayətində yerləşən «Olya» dəniz limanına atəş zərbəsi endirib”, – məlumatda deyilir.

Qeyd olunur ki, liman Rusiya tərəfindən İrandan hərbi təyinatlı yüklərin tədarükü üçün mühüm logistika mərkəzi kimi istifadə olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor