DünyaSiyasət

Ərdoğan Türkiyənin ana müxalifət partiyasının liderini məhkəməyə verib

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özə qarşı məhkəmə iddiası qaldıraraq, onu təhqir etməkdə ittiham edib və ona dəyən mənəvi ziyana görə 1 milyon lirə (24,5 min dollar) təzminat tələb edib, Türkiyə liderinin vəkili Hüseyn Aydın bildirib.

“CHP sədri Özgür Özəl-in avqustun 13-də səsləndirdiyi yersiz açıqlamalar və əsassız ittihamlar səbəbilə Ankara Asliye Məhkəməsində prezidentimizə qarşı 1 milyon türk lirəsi mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, cinayətlə bağlı Ankara Baş Prokurorluğuna şikayət ərizəsi də verilib.

Türkiyə prezidenti əvvəllər də bir neçə dəfə CHP liderini məhkəməyə verib. Qeyd edək ki, Türkiyədə prezidenti təhqir etmək cinayət sayılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

redaktor

Ermənistanda deputat avtoqəzada həyatını itirib.

admin

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir – Kobaxidze

redaktor