28 C
Bakı
12 Avqust 2025 19:42
CəmiyyətGündəmQalmaqalŞikayət

Məzhəkə kimi məhkəmə…

Bu gün AbzasMedianın işi üzrə Apellyasiya şikayətinə baxılmalı idi. Məhkəmənin hakimi Zəfər Əhmədov elə bir şərait yaratdı ki, bu proses məhkəmədən daha çox məzhəkəyə bənzədi. Ən elementar vəsatətləri belə təmin etməyə qabiliyyəti çatmayan hakim sanki orada müqəvva rolunu oynayırdı. Əvəzində onun yanında əyləşmiş köməkçi hakim prosesi idarə edir, kimə istəsə söz verir, kimin istəsə sözünü kəsir, xoşu gəlməyənləri zaldan çıxaracağı ilə hədələyirdi.

Hətta, Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses də bugünkü baxışla müqayisədə xeyli səviyyəli idi. Orada heç olmasa, təqsirləndirilən şəxslərin vəkillərinin yanında oturmalarına şərait yaradılmışdı. Bu məhkəmədə hakim onu da təmin etməyə özündə cəsarət tapmadı. Mikrafonlar da işləmirdi deyə, çıxış edənləri eşitmək olmurdu. Buna etiraz edən xanım təqsirləndirilənlər ya onların yerlərinin dəyişdirilməsini, ya da zaldan çıxarılmalarını tələb etdilər. Nəticədə, həm onlar, həm təqsirləndirilən kişi nümayəndələr, eləcə də prosesdə iştirak edən bütün şəxslər zalı tərk etməli oldular. Zalda yalnız hakimlər, prokuror, katib və vəkillər qaldılar. Yarım saat müşüvirə keçirən hakimlər prosesin 26 Avqusta qədər təxirə salınması qərarına gəldilər.

P.S. Öyrəndik ki, hakim Zəfər Əhmədov keçmiş millət vəkili hörmətli Vahid Əhmədovun oğlu imiş. “Qaynana” filmindəki Cənnət xalanın sözləri yada düşür: “Elə atadan belə oğul?..”

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

“Hürriyyət”:”Prezident helikopterinin qəzası daha çox sui-qəsdə bənzəyir”

admin

Sürücünün oğlu hər şeyi açıqladı: “Bolt” yalan danışır”

redaktor

“Vəzifədən gedəndə təsəlli edən olmadı” – Əbülfəs Qarayev

redaktor