26 C
Bakı
16 Avqust 2026 04:15
CəmiyyətDigərİqtisadiyyat

Azərbaycan sənayesində düşüş sürətlənir

Azərbaycan sənayesində düşüş davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) avqustun 11-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-iyul aylarında 36.6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz azdır.

“Neft-qaz sektorunda məhsul istehsalı 3.5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5.5 faiz artmışdır”, – məlumatda əlavə edilir.

Vurğulanır ki, sənaye məhsulunun 61.5 faizi mədənçıxarma sektorunun payına düşür.

DSK bir ay əvvəl isə bildirmişdi ki, ölkə sənayesində bir il əvvəl ilə müqayisədə 1.9 faiz geriləmə var.

Son illər həm Azərbaycanda neft hasilatında, həm də neft-qaz sektoruna investisiya qoyuluşunda azalma müşahidə edilir.

Azərbaycanın ixracının təqribən 90 faizi neft və qaz sektorunun payına düşür. (Pressklub)

 

Tacxeber.com

Oxşar xəbərlər

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor

AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır?

redaktor

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor