16 C
Bakı
27 Sentyabr 2025 23:55
DünyaSiyasət

Ərdoğan Paşinyana zəng etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Tacxeber.com xəbər verir ki, bu zaman Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi müzakirə olunub. Ərdoğan Paşinyanı əldə edilən razılaşmaya görə təbrik edərək, bunun bölgədə sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyətli addım olduğunu vurğulayıb. O, əldə olunan iradənin qısa zamanda konkret addımlara çevrilməsinin vacibliyini qeyd edib.

Türkiyə lideri həmçinin Ankara ilə İrəvan arasında normallaşma prosesinin davam etdirilməsi üçün texniki səviyyədə görüşlərin keçiriləcəyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna dronu yaralı rusiyalı əsgərə belə yardım etdi – VİDEO

redaktor

“Artıq heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”

redaktor

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək.

admin