32 C
Bakı
12 Avqust 2025 17:25
CəmiyyətSiyasət

Bu şəxsləri həm Azərbaycanda, həm də Ermənistanda tez-tez görəcəyik.

Əgər amerikalılar gerçəkdən Zəngəzur yoluna nəzarəti götürəcəklərsə, təbii ki, söhbət ilk növbədə təhlükəsizliyin təminatından gedəcək. Bu təhlükəsizliyi də, ABŞ-ın özəl hərbi şirkətlərindən biri həyata keçirəcək. “Biri” demişkən, konkret hansı özəl hərbi şirkətin olması çox vacib məsələdir. ÖHŞ-lər, ümumiyyətlə silah lobbisi və hərblə bağlı hər bir sahə ABŞ-da fərqli maraq qruplarının nəzarətindədir.

Gələcəkdə bu məsələyə ciddi diqqət yetirməli olacağıq, ona görə ki, hansı ÖHŞ-nin Zəngəzur yoluna nəzarət edəcəyindən asılı olaraq, ABŞ-da Cənubi Qafqaz regionunda təhlükəsizliyinə məsul senatorları, konqresmenləri və digər şəxsləri müəyyən edə biləcəyik(hər OHŞ-nin Konqresdə öz lobbiçiləri var).

Məhz bu şəxsləri həm Azərbaycanda, həm də Ermənistanda tez-tez görəcəyik və məhz bu şəxslər regionda təhlükəsizlik durumu ilə bağlı Konqresə hesabat verəcəklər.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə müraciət ediblər.

admin

Doktor Tural Qəlbinur sitəm etdi: “Türkiyədən matəm vaxtı gəlib şərab səfası ilə əylənirlər”

redaktor

Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb.

redaktor