Rusiya Ukraynanın Odessa vilayətində yerləşən SOCAR-a məxsus neft bazasına beş ədəd “Shahed” dronu ilə zərbə endirib.
Ukrayna mənbələrinin bildirdiyinə görə, hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. SOCAR şirkətinin dörd əməkdaşı xəsarət alıb – onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda lokallaşdırılıb, hazırda təmir işləri aparılır.
Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, zərbələr məqsədli olub – hücumun hədəfi şübhə doğurmur. Bu, son həftələr ərzində SOCAR-la əlaqəli obyektlərə ikinci zərbədir: daha əvvəl Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya da zərər görmüşdü. Həmin stansiya vasitəsilə Azərbaycan qazının nəqli planlaşdırılırdı.
