25 C
Bakı
10 Avqust 2025 23:32
DünyaSiyasət

Tramp mümkün qədər tez Putin və Zelenski ilə görüşü təşkil etməyi tapşırıb

ABŞ prezidenti Donald Tramp administrasiyasını Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə mümkün qədər tez görüş təyin etməyə çağırıb.

Bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Amerika liderinin köməkçilərinin dərhal Putin və Zelenski ilə görüşlər planlaşdırmağa başladığı iddia edilir. Telekanalın məlumatına görə, onlar bir-iki həftəyə baş tuta bilər.

“Prezidentin səfərini və iki dünya lideri ilə böyük görüşü planlaşdırmaq adətən vaxt tələb etsə də, rəsmilər qeyd ediblər ki, Tramp öz komandasını sürətlə hərəkətə keçməyə çağırır”, – bəyanatda deyilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ: Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi – VİDEO

redaktor

“Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik” – Zelenski

redaktor

Əgər həqiqətən dövlətçiliyə bir qram hörmətiniz varsa bu insanları azad edin.

admin