27 C
Bakı
09 Avqust 2025 09:33
CəmiyyətGündəmQalmaqalSağlamlıqŞou

Macara dolu amerikalı Qənirə!

“Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq”. Qənirə Ataşova bu sözləri müsahibələrindən birində demişdi. İllər keçdi. İndi deyəsən jurnalist Ataşova dərin sulara baş vurur.

Hərdən də suyu bulandırır. Deyirlər, bulanıq suda balıq tutmaq asandır. Həkim ovuna çıxanda gərək ehtiyatlı olsun. Hələki ABŞ-da özünü arxayın hiss edir.

Söz azadlığını “nəyi istəsən danışa bilərsən” kimi anlayaraq qılıncının altından keçməyənləri qara siyahısına salıb ictimailəşdirir. Amma bəziləri sonradan bu siyahılardan silinirlər. Çünki Qənirə xanım pozmağı yazmaqdan daha yaxşı bacarır. Deyəsən elə bu vərdişindən heç də pis qazanmır.

“Saxta həkim” damğası vurduğu həkimlərdən bir çoxunun dediyinə görə bu jurnalist xanım okeanın o tayından bu tayına ismarıclar göndərərək 50 min manat civarında pul istəyir. Pulu verməyəndə həkim özünü “saxta həkimlər” siyahısında görür.Hələ onun vəkilindən, məhkəmədə “bəxtinə düşən” hakimdən danışmıram. Danışsam, çox yazmalı olacam.

Bilən hər şeyi yaxşı bilir. Əlavə şərhə məncə ehtiyac yoxdur. Fətullah Gülənin vəfatından sonra bir müddət ortalarda görünməyən Qənirə Ataşovanın birdən-birə gündəmi “saxta həkim” açıqlamaları ilə zəbt etməsi çox şübhəlidir.

Azərbaycanda da bu mövzuda az yazılmayıb. Amma heç bir dövlət orqanı ciddi münasibət bildirməyib. Lakin Qənirə Ataşova Amerikada oturub bir-iki facebook statusu yazmaqla Azərbaycan səhiyyəsini silkələdi. Bu mənə inandırıcı gəlməyib, yenə də fikrimdə qalıram.

Bu siyahıları necə əldə etdiyini, həkimlər barədə informasiyaları ona kimlərin ötürdüyü ciddi araşdırılmalıdı. Nədənsə öz kosmetoloq rəfiqələrini qara siyahısına salmır və ya əvvəl “qara”ladığını indi “əfv” edir. Niyə bizim TƏBİB, Səhiyyə Nazirliyi, Hüquq-mühafizə orqanları bu vaxtilə adı FETÖ ilə birlikdə hallanan jurnalist xannımın əlində aciz qalıb? Nə vaxta kimi onun həkim siyahıları ilə insanlar şantaj olunacaqlar?

Bu adamı kimlər danışdırır? Arxasındakı gözəgörünməz qüvvə nədir? Mən demirəm ki, həkimlər hamısı idealdılar, estetik, plastik cərrahlarımız qüsursuzdular. Xeyr, elə deyil. Mən özüm də xüsusi icazə olmadan fəaliyyət göstərən həkimlərdən, kosmetoloqlardan yazmışam. Düzü düz, əyrini əyri göstərmək borcumuzdur. Amma kimsə Amerika qitəsində əyləşib Azərbaycana öz fikrini diqtə edirsə, bu ilk növbədə dövlətin təhlükəsizliyi baxımından da təhlükəlidir.

Sonda bir məqamı da qeyd edim. İctimai nəqliyyatda çox oluram. Bir dəfə avtobusda gedərkən söhbət eşitdim.

Qənirə Ataşovanın məlum həkim söhbətindən danışırdılar. Deyirdilər, Qənirə Ataşova arada öz qardaşından, bacısının ailəsindən də yazsa, bilərdik ki, obyektiv, ədalətli jurnalistdir. Amma buna cəsarəti çatmır.

Qardaşı ölkəmizin bəzi banklarında, tanınmış mağazala şəbəkələrində işləyərkən maxinasiyalarına, əliəyriliyinə görə qovulub. Bacısı isə əri ilə birlikdə Rusiyada hansısa əməllərinə görə axtarışdadılar. Xatırladıram ki, bu söhbəti marşrut avtobusunda sərnişinlərin dialoqundan eşitmişdim.

 

Sima Babayeva

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanılıb.

admin

Lotu Hikmətin “yatdığı” kamera, erməni rəisin qeydi, şəhid olan məhbuslar – Şuşa türməsindən reportaj

admin

Kababın sağlamlıq üçün faydaları

redaktor