30 C
Bakı
09 Avqust 2025 21:19
DünyaSiyasət

Aİ rəsmisindən ETİRAF – “Danışıqlarda iştirak etmirik, bizi dəvət edən də yoxdur”

“Avropa Komissiyası və onun rəhbəri Ursula fon der Lyayen Rusiya ilə ABŞ arasında Ukrayna üzrə danışıqlarda iştirak etmir, lakin avropalı liderlərdən vəziyyətlə bağlı daimi olaraq məlumat alır”.

Tacxeber.comxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

“Komissiya sədri fon der Lyayen dünən müxtəlif Avropa liderlərindən məlumat alıb”, – deyə o, Rusiyayla ABŞ arasında Ukraynadakı vəziyyətin sabitləşdirilməsi üzrə yeni təmasların razılaşdırılmasında Avropa Komissiyasının iştirak edib-etməməsi ilə bağlı suala cavab verərkən bildirib.

Hipper fon der Lyayenin konkret kimlərlə danışdığını açıqlaya bilməyib.

O, həmçinin təsdiqləyib ki, Avropa İttifaqı ABŞ ilə Rusiya arasında Ukrayna mövzusunda keçiriləcək yüksək səviyyəli görüşdə iştirakla bağlı nə dəvət alıb, nə də bu barədə sorğu göndərib.

Hipper vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya qarşı təzyiq tədbirlərini müharibənin dayandırılması üçün yeganə yol kimi görməkdə davam edir.

Xatırladaq ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla işgüzar görüş keçirib.

Ardınca ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi və həm Putin, həm də Volodimir Zelenski ilə görüş keçirmək üçün yaxşı perspektivlərin yarandığını bəyan edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin niyə Afrika ölkələri ilkə əməkdaşlığı gücləndirdiyi məlum oldu – ISW

redaktor

Qarabağdakı erməni klounlar hamını bezdirib – Avropalı hərbçidən şok sözlər

redaktor

Prezident bu qanunu təsdiqlədi

redaktor