Bu münaqişənin səbəbi və səbəbkarı tarixən işğalçı Rusiya dövlətinin olmasını bu gün qundaqdakı körpə də bilir artıq.
“Parçala, hökm sür” siyasəti ilə Rusiya nəyinki bizim regionda, haradakı Rusiya nəfəsi var, hər yerdə onlar bu şəkildə münaqişə ocaqları yaratmaqla öz mövcudluqlarını davam etdiriblər. Onların nəzarətində olan elə bir ölkə, elə bir region yoxdur ki, bu iyrənc siyasətdən öz nəsbini almasın. Hətta öz federasiyası daxilində.
Nədir bu “siyasət?”
Propaqanda, ayrımçılıq, separatizm, beyin yuma, qan, münaqişə, qırğın, müharibə, ölüm…
Cənubi Qafqazda 3 dövlət var:
1. Azərbaycan
2. Ermənistan
3. Gürcüstan
Bu üç dövlətin bəlli, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri mövcuddur. Torpaq da elə bir ilhahi nemətsir kiz onun sahəsi nə kiçilir, nə də azalır. Bizim nu regionda 86.6, Ermənistanın 29.7 min km² ərazisi var. Biz əbədi bu ölkə ilə istəsək də, istəməsək də qonşu olacağıq. Tarixdə bir-birinin qanını bizdən də qəddarcasına tökən onlarla dövlət var ki, bu gün aralarında sərhəd dirəkləri sə yoxdur.
Bu gün geosiyasi şərtlər diktə etdiyindən Rusiya Azərbaycan tərəfinin haqlı dirənişinə, öz torpaqlarının geri qaytarılmasına yaşıl işıq yanıdırır. Sabah onlar Paşinyanı devirib, əvəllki kimi öz adamlarını Ermənistanda hakimiyyətə gətirəcəklərsə, mütləqdir ki, onlara yeni imtiyazlar tanıyacaqlar bu bölgədə. Bu isə yeni münaqişə, yeni müharibə, yenidən anaların gözü yaşlı qalması deməkdir.
Bütün hər şeyi nəzərə alıb, yaranmış bu tarixi imkanı dəyərləndirmək, sülhü bağlayıb, Rusiyanı bölgədən uzaqlaşdırıb, demokratik dünyaya, Qərbə, inkişaf olan tərəfə inteqrasiya etmək lazımdır.
Bu sülh o demək deyil ki, biz dərhal erməni xalqı ilə ilə qol-boyun olacağıq. Yaralarımız dərindir. Cəmi 5 il öncə 3 min can vermişik bu yolda. Nə qədər insan əzizini, övladını, atasını, həyat yoldaşını, dostunu itirib. Bu ağrıları hələ bu gün də, istər psixoloji, istər fiziki iliyinə qədər yaşayan adamlardan biri də mənəm. Amma mən bir daha yeni şəhid xəbərləri eşitmək istəmirəm. Uşaqları, valideynləri bir ömür gözü yaşlı görmək istəmirəm. Bunu heç kim istəmir Rusiyadan başqa.
Ona görə də bu sülhü hər nə qədər çətin də olsa bağlamağa məcburuq. Bu gün üçün, sabah üçün, gələcək üçün.
Azərbaycanın azadlığı, suverenliyi uğurunda canından keçən bütün şəhid qardaşlarımızın ruhu şad olsun. Biz məhz onların canı-qanı bahasına öz suverenliyimizi bərpa edə bildik.
Bu gün üçün isə sülh və bu dəftəri əbədi qapatmaq zamanıdır.