22.5 C
Bakı
29 İyun 2026 04:28
Dünya

Rusiya Kiyevi PUA ilə vurdu: Həlak olan və yaralananlar var – FOTO

Bu gün Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisi məlumat yayıb.

 

“Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib”, – məlumatda qeyd ounub.

 

Bundan başqa, baş prokurorun ofisi xəsarət alanlar arasında iki hamilə qadının olduğunu deyib.

 

Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.


Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi

redaktor

Süni intellekt bu 3 peşədə insanı əvəz edə bilməyəcək – Bill Qeyts

redaktor

Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” – FOTO

redaktor