32 C
Bakı
09 Avqust 2025 16:34
CəmiyyətGündəmHadisəQalmaqalŞikayət

Daha bir jurnalist-blogerin həbs olunma riski. Səbəbə DİQQƏT yetirin!

İsmayıllı rayonunda yaşayan “Şimal Region TV”-nin jurnalisti Elçin İsmayıllı həbs olunma təhkükəsi ilə üz-üzədir. Məsələnin ən maraqlı tərəfi isə prokurorluq müstəntiqinin onu həbs etməsi üçün əsasıdır. Daha doğrusu jurnalist İsmayıllı və ətraf bölgələrdə yaşayan insanların problemlırini işıqlandırdığı üçün həbs edlə bilər.

Tacxeber.com xəbər verir ki,  E. İsmayıllı öz Facebook hesabında məsələ ilə əlaqədar belə bir paylaşım edib.

“Dostlar indi də Göyçay rayon prokurorluğu məni hədəfə alıb. Sabah saat 11:00-da İsmayıllı rayon prokurorluğunda Göyçay rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Mustafayev məni izahata dəvət edib. Deyir ki, şikayətçilərin videolarını niyə kütləvi şəkildə yayımlayırsınız. Bəs Prezidentimiz deyirdi ki,mənə siqnal verin?”

Bəli, görünən odur ki, sözün əsl mənasında siqnal verənləri acı tale  gözləyir, nəinki, problem yaradan məmurları. Belə olan halda bir çox məmurlar istədikləri özbaşnalıqları etsinlər amma onlara “Gözün üstə qaşın var” deyən olmasın?

P.S. Tacxeber.com olaraq məsələni diqqətdə saxlayacağıq. Eyni zamanda Prokurorluq orqanlarının məsələ ilə əlaqədar fikrini paylaşmağa hazırıq.

www.Tacxeber.com

Oxşar xəbərlər

Hüseyn bütün əmlakını itirmək üzərədir

admin

SON DƏQİQƏ! Bakıda polislər bıçaqlanıb Bakıda polislər bıçaqlandı

redaktor

Vasif Talıbovun qardaşı işdən çıxarıldı

redaktor