CəmiyyətDünya

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib.

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus “Sadovod” və “Food City” bazarlarına da şamil oluna biləcəyi deyilir.

Qeyd edək ki, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin “Axtarılanlar” siyahısına salınıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin separatçı Vardanyanı Rusiya vətəndaşlığından çıxartdı

admin

Şəxsi ünsiyyətin olmaması təhlükəlidir – Psixoterapevtdən xəbərdarlıq

redaktor

“Yenidən Azərbaycana gəlmək istəyərəm”- Qanadan olan COP29 iştirakçısı

redaktor