DünyaGündəmİqtisadiyyatQalmaqalSiyasət

Balanslı yoxsa, buqələmun siyasət?

Azərbaycan hökümətinin enerji siyasəti

Enerji resurslarını, nəqliyyat dəhlizlərini, geosiyasi isttifaqları diverifikasiya (paylama) etməkdə məqsəd nədir?

Azərbaycan hökümətinin illik 13 milyard m³ satlıq qazı var, satmadığı ölkə qalmayıb.

Azərbaycan hökümətinin bu şəkildə diversifikasiya etməsinin məqsədi aydındır: Getdikcə Avropaya satılan qazı minimuma endirmək. Manipuliyasiyon imkanları artırmaq, riskləri minimuma endirmək. Çünki Avropa sabah Azərbaycan qazını almayacağı təqdirdə yeni bazarları indidən tapmaq lazımdır.

Bu siyasət həm də, geosiyasi müstəvidə də bu şəkildə qurulur. Azərbaycan hökümətinin bu gün müttəfiq olmadığı dövlət qalmayıb dünyada. Özü də bir-birinə düşmən olan dövlətlərlə.

Bu strategiya ilə onlar həmin ölkələr arasında həm birləşdirici, həm də rahat manipulyativ siyasi gedişlər etməyə nail olmağa çalışırlar. Həm birləşdirici, həm ayırıcı xəttə oturub, hər iki tərəf üçün bərabər imkanlar təklif etmək. “Dəymiyin mənə, dəymiyim sizə” geostrateji siyasi xətt.

Amma bu siyasətin davamlı və əbədi yaşamaq imkanı yoxdur. Çünki bu tərəflər arasında etibarı, inamı sarsıdır getdikcə.

Azərbaycan xalqına aidiyyatı olmayan təbii qaz Türkiyə üzərindən illik təxmini 1.2 m³ miqdarında 34 illik ata-oğul avtoritarizmdən sonra hakimiyyət dəyişikliyi olan – Suriyaya nəql ediləcək. Təbii qazın xərcini Qətər höküməti öz üzərinə götürüb.

Azərbaycan xalqına bədbəxtlik gətirən bu “bəxşiş” dünyada Suriya daxil 13 ölkəyə nəql edilir. Ondan gələn milyardlar isə Londona, Bodruma, Dubaya, Vircin adalarına, Çexiyaya, Yeni Kolodoniyaya və s. ərazilərdə alınan mülklərə, saraylara, bank hesablarına, otellərə, müxtəlif layihələrə yatırılır. Azərbaycan xalqə isə bir tikə çörək üçün heç bir səbəb olmada quru sərhədləri bağlanmış böyük həbsxanada can vuruşdurur.

Heç bir təbii sərvəti olmayan – Ermənistan və Gürcüstanda isə bütün sosial ödənişlər, xalqın yaşayış və azadlıq imkanları bizdən dəfələrlə yüksəkdir.

Hələ bu xəbəri bu böyük həbsxanada ağzı sulana-sulana bayram edən adamlar da var. Bu adamlar nəyə sevinir, özləri bilirlərmi görəsən!?

Bu çoxvektorlu xarici siyasət deyil, bu olsa-olsa, buqələmun siyasətidir. Və onun gələcək prespektivi, yaşamaq haqqı yoxdur.

Heç bir diktator, heç avtoritar lider bir xalqın bədbəxtliyi üzərində əbədi xoşbəxtlik əldə edə bilməyib. Yoxdur tarixdə belə bir nümunə.

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Şahin Şıxlinski polisə özü təslim olub

admin

“Yerli PUA-ların əksəriyyəti tələblərimizə cavab vermir” – Rusiya Müdafiə Nazirliyi

redaktor

Rus ordusu Baxmut istiqamətində hücuma keçdi.

admin