10 C
Bakı
27 Mart 2026 06:23
CəmiyyətHadisə

Arıqlamaq üçün sirkə turşusu içən kişi həyatını itirdi

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Yusif Aydəmir oğlu Əlixanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısının avtomobilini vurdular

admin

28 May stansiyası bağlanır? – Məsələyə nöqtə qoyuldu

redaktor

5G üçün vahid mobil şəbəkə qurulacaq, ümid edək ki, bu səbəbdən qiymətlər bir daha artırılmayacaq.

admin