25 C
Bakı
02 Avqust 2025 09:31
CəmiyyətDünyaQalmaqalŞou

Bakıda təxirə salınan konsertə Sedat Pekerin adı qarışdı: Olay böyüdü

Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək konsert üçün Azərbaycana gələn türkiyəli müğənni Rza Tamerin səhnəyə çıxmamaq qərarı sosial mediada geniş müzakirələrə səbəb olub. O, səbəb kimi Türkiyə lirəsinin qəbul edilməməsini göstərsə də, konsert üçün ödənişin beynəlxalq valyuta – dollarla edildiyi məlum olub. Daha sonra konsert vermədən ölkəni tərk edən müğənni, Sedat Pekerin adını çəkərək baş verənlərə görə ondan üzr istəyib. Onun açıqlamaları həm Azərbaycanda, həm də Türkiyədə narazılıq doğurub.

Rza Tamer Sedat Pekerə hörmət etdiyini bildirib:

“Dəyərli Sedat qardaş, Turana xidmət edən hər kəsə böyük hörmətimiz var, əllərindən öpürəm. Azərbaycanda ləğv etdiyim konsert məkanı sənə məxsus imiş, bizə belə dedilər. Mən azərbaycanlılara qarşı heç bir hörmətsizlik etməmişəm. Mənə ad günü üçün iki mahnı oxumaq qarşılığında 50 min dollar (85 min manat) qonorar veriləcəyi deyildi, biz qəbul etmədik, həmin oteldən çıxıb başqa yerə getdik. Orada da türk lirəsinin qəbul edilmədiyini gördükdən sonra ölkəmizə qayıtdıq,” – deyə Rza Tamer bildirib.

Rza Tamerin səhnəyə çıxmaqdan imtina etməsi Bakıda yaşayan türkiyəli sənərçiləri də qəzəbləndirib. Artıq sosial şəbəkələrdə Rza Tameri qınayan videolar sürətlə yayılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski bilir ki, Tramp Kiyevin oksigenini kəsəcək – Juravlyov

redaktor

Kosmetoloqlara necə ETİBAR edək? – Burun dolğusunun “ölümcül” zərərləri

redaktor

Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

redaktor