24.1 C
Bakı
28 İyun 2026 15:50
Dünyaİqtisadiyyat

Nazirlik və bələdiyyə şirkəti ləğv olunur

Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC və Naxçıvan bələdiyyəsinin “Naxçıvan Abadlıq” şirkəti ləğv olunduğunu elan edib.

Tacxeber.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Nazirlik şirkətinin kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına, bələdiyyəyə məxsus MMC-nin kreditorları isə iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Kazım Talıblı küçəsi, 20 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, nizamnamə kapitalı 14 min manat olan “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə, “Naxçıvan Abadlıq” isə 2024-cü ildə yaradılıb. İkinci şirkətin nizamnamə kapitalı isə 100 min manatdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

redaktor

Yeni pandemiyaya səbəb ola biləcək virusların SİYAHISI

redaktor

İndi məlum olur ki, hazırda həyata keçirilən proje elə o vaxtdan hazırlanırmış …..

admin