31 C
Bakı
01 Avqust 2025 10:51
Dünyaİqtisadiyyat

Avropa Mərkəzi Bankının yeni avro əskinasları Fransa və Polşa arasında mübahisəyə səbəb olub

Maria Sklodowska-Curie-nin adının istifadəsi Polşada narazılıq doğurdu

Avropa Mərkəzi Bankı (AMB) tərəfindən yeni avro əskinasları üzərində hazırlanan dizayn layihələri Fransayla Polşa arasında diplomatik narazılığa səbəb olub. Məlumata görə, yeni 20 avroluq əskinasda dünya şöhrətli alim Maria Skłodowska‑Curienin şəkli təsvir ediləcək. Lakin ilk təqdim edilən nümunələrdə alimin adı yalnız “Marie Curie” kimi qeyd olunub, onun Polşa köklərini əks etdirən “Skłodowska” soyadı isə mötərizədə göstərilib – (née Skłodowska).

Bu addım Polşada geniş ictimai və siyasi etirazlara səbəb olub. Polşa tərəfi hesab edir ki, alimin doğma adı olan Maria Skłodowska‑Curie tam şəkildə əskinas üzərində yer almalıdır. Polşa mediası və rəsmi şəxslər, alimin Polşa mənşəli olduğunu xatırladaraq, bu şəkildə təqdimatın onun milli kimliyinə hörmətsizlik olduğunu bildiriblər.

Polşa nümayəndələri digər məşhur avropalıların adlarının dəyişdirilmədən istifadə olunmasını misal göstərərək (Beethoven, Cervantes və s.), Maria Skłodowska‑Curie-yə də eyni yanaşmanın tətbiq olunmasını tələb ediblər.

Hadisəyə reaksiya verən Avropa Mərkəzi Bankı artıq öz rəsmi saytında adı “Marie Curie (born Skłodowska)” kimi yeniləyib və bu mövzuda tarixi ekspertlər, dilçi alimlər və Curie-nin nəvələri ilə məsləhətləşmələrin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, yeni avro əskinaslarının dizaynı hələ yekunlaşmayıb. 2026-cı ilin sonuna qədər dizaynın təsdiqlənməsi gözlənilir. Bundan sonra isə texniki hazırlıq və istehsal mərhələləri başlayacaq. Mövcud əskinaslar isə uzun müddət dövriyyədə qalmağa davam edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zəm-zəm suyu ilə bağlı maraqlı faktlar

redaktor

Tatarıstan rəhbəri 15 yaşlı Adam Kadırova orden təqdim etdi.

admin

ABŞ bununla cinayət edir, cavabımız… – Putin

redaktor