30 C
Bakı
31 İyul 2025 11:25
DünyaMuharibəSiyasət

“Türklər bizə qarşı müharibəyə hazırlaşır”: O, canlı yayımda bunu açıqladı

Keçmiş İsrail general-mayoru Yitzhak Brik 103 FM radiosunda bir proqram zamanı diqqətçəkən açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, Arel Segal və Eyal Berkowitz-in aparıcılıq etdiyi səhər proqramında danışan Brik, İsrail ordusunun bir çox cəbhədə döyüşmək iqtidarında olmadığını və strateji cəhətdən hazırlıqsız olduğunu müdafiə etdi.

Türkiyənin bölgədəki güc balansını dəyişdiyini bildirən Brik: “Türklər iranlıları əvəzlədi. İndi bizə qarşı döyüşə hazırlaşırlar, tanklarını Suriyaya yerləşdirirlər. Bu, Əsəddən 100 qat güclü düşməndir. Bu gün 6 milyard dollar dəyərində 60 döyüş təyyarəsi aldıqları açıqlandı” dedi. Brik Türkiyənin İndoneziya ilə KAAN döyüş təyyarəsi müqaviləsini nəzərdə tuturdu.

Brik Hizbullahın Metuladan 100 kilometr uzaqlıqda yerləşdiyini qeyd edərək, İsrail ordusunun silahlanmalarını artırmasından ciddi narahatlığını ifadə edib. O, həmçinin Livan sərhədində yeni diviziyanın yaradılmasına diqqət çəkərək: “Hizbullahın hücumu ehtimalı İsraili təhdid edir” deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Qafqazdakı riskə görə Paşinyandan “qorxur” – TƏFSİLAT

admin

Çin və Rusiya hərbi təyyarələri həyəcan yaratdı

redaktor

Ölmüş ər-arvadı “evləndirdilər” – Zaqatalada saxtakarlıq – VİDEO

redaktor