DünyaSiyasət

ABŞ Rusiyanın Komandor adalarını istəyir

ABŞ ordusunun polkovnik-leytenantı Cefri Fritz Çinin Arktikada sualtı fəaliyyətini izləmək üçün Komandor adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib.

O, bu barədə “Breaking Defense” üçün yazdığı məqalədə bildirib.
Fritzin fikrincə, bu razılaşma ABŞ-ın təhlükəsizliyini gücləndirəcək və Arktikada liderliyini təsdiq edəcək. O xatırladıb ki, Alyaskanın alınması da faydasız hesab edilirdi, lakin indi bu, ABŞ-ın enerji və müdafiə strategiyasının mühüm hissəsinə çevrilib.

Ceffri Fritz Çinin Arktikada artan fəallığından və Çinin Qütb İpək Yolu layihəsinə investisiyalarından narahatlığını ifadə edib. O qeyd edib ki, Çinin “Jin” və “Tang” sinifli sualtı qayıqları Berinq boğazından Arktikaya keçə bilər. Ballistik raketlərlə silahlanmış bu qayıqlar ABŞ-ın Nyu-York və Vaşinqton kimi şəhərləri üçün təhlükə yaradır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor