30 C
Bakı
30 İyul 2025 11:11
DünyaSiyasət

ABŞ Rusiyanın Komandor adalarını istəyir

ABŞ ordusunun polkovnik-leytenantı Cefri Fritz Çinin Arktikada sualtı fəaliyyətini izləmək üçün Komandor adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib.

O, bu barədə “Breaking Defense” üçün yazdığı məqalədə bildirib.
Fritzin fikrincə, bu razılaşma ABŞ-ın təhlükəsizliyini gücləndirəcək və Arktikada liderliyini təsdiq edəcək. O xatırladıb ki, Alyaskanın alınması da faydasız hesab edilirdi, lakin indi bu, ABŞ-ın enerji və müdafiə strategiyasının mühüm hissəsinə çevrilib.

Ceffri Fritz Çinin Arktikada artan fəallığından və Çinin Qütb İpək Yolu layihəsinə investisiyalarından narahatlığını ifadə edib. O qeyd edib ki, Çinin “Jin” və “Tang” sinifli sualtı qayıqları Berinq boğazından Arktikaya keçə bilər. Ballistik raketlərlə silahlanmış bu qayıqlar ABŞ-ın Nyu-York və Vaşinqton kimi şəhərləri üçün təhlükə yaradır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mask ABŞ Maliyyə Nazirliyini terrorçulara ödəniş etməkdə ittiham edib

redaktor

Türkiyə qadın şəklini çəkən rusiyalını deportasiya etdi

redaktor

Ukraynada Trampa məxsus platforma bloklandı

redaktor