2 C
Bakı
11 Fevral 2026 13:14
DünyaİdmanQalmaqalŞikayət

“Zirə”nin futbolçusuna viza verilmədi, “Hayduk”la oyunu buraxacaq – QALMAQAL

“Zirə” avqustun 31-də səfərdə “Hayduk”la qarşılaşacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Xorvatiya klubu ilə heç-heçə edən qəsəbə təmsilçisini çətin səfər oyunu gözləyir.

“Zirə”nin bir futbolçusuna viza verilməyib. Anje Mutsinzi sənəd problemi üzündən bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi ruandalı futbolçuya giriş izni tanımayıb.

Mutsinzi Avropada Portuqaliya və Norveç kimi ölkələrin klublarında çıxış edib, oturum icazəsinə malik olub. Yəni, bu qadağa onun özüylə bağlı deyil. Mutsinzinin girişinə əngəl kimi Belçika ilə Ruanda ölkələri arasında olan gərgin münasibətlər göstərilir. Xorvatiya səfirliyi də məhz bunu səbəb göstərib ruandalı futbolçuya viza verməyib. (Sportal)

Tacxeber.com

Oxşar xəbərlər

170 milyon da belə getdi.

admin

“Trendyol” Azərbaycandakı ticarət mərkəzlərini necə çökdürür? – Ekspert çıxış yolundan danışdı

admin

Elm adamlarından XƏBƏRDARLIQ! – Bu hadisə temperaturu ARTIRACAQ

redaktor