DünyaSiyasət

Çinlilər bu dəfə də Bayraktar PUA-sını kopyaladı – FOTO

Dünya brendlərini kopyalamaqla tanınan Çin bu dəfə də Bayraktar TB2-nin saxta versiyasını hazırlayıb.

 

Türkiyə mətbuatı xəbər verir ki, Çin şirkətinin hazırladığı XY PUA-sı Beynəlxalq Aerokosmik Sərgidə nümayiş etdirilib.

Çin istehsalı PUA Bayraktar TB2-yə bənzərliyi ilə diqqət çəkib.

Qeyd edək ki, Bayraktar TB2 Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsidir.”Baykar Makina” şirkəti tərəfindən istehsal edilir.

 

Sistem 2014-cü ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilib.

Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan, Qətər və Ukrayna ordusu da istifadə edir. (Olke.az)

 

 

 

Oxşar xəbərlər

Tehran niyə, bunu etdi?

redaktor

AZTV “düşmən media”dırsa, bəs bu görüşlər necə izah olunur?

redaktor

“Dünyanın damı”nda yaşanan dəhşət: gizlədilən ölümlər, 20 illik sükut…

admin