24 C
Bakı
26 Sentyabr 2025 18:11
DünyaHadisəSiyasət

Sülh bombalarla gəlmir.

Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanıyacağını açıqlaması çoxları üçün siyasi jest kimi görünə bilər. Amma məncə, bu, diplomatiyanın hələ də ölmədiyini göstərən nadir ümid işartılarındandır.

Dünyada uzun illərdir ikiüzlü bir “sülh siyasəti” aparılır. Bir tərəfdə BMT-nin qətnamələrindən, insan hüquqlarından və beynəlxalq hüquqdan danışan liderlər var. Digər tərəfdə isə silah müqavilələri, neft maraqları və hərbi dəstək müqabilində göz yuman rejimlər dayanır. Fələstin məsələsi bu ikili standartların ən açıq ifadəsidir.

Makronun qərarı bu mənada status-kvoya qarşı səssiz bir üsyandır. Əslində bu, sadəcə bir dövlətin başqa bir dövləti tanıması deyil. Bu, illərdir hüquqsuzluq içində yaşayan bir xalqın varlığını qəbul etməkdir. Sülh, ədalət olmadan mümkün deyil. Fələstin xalqı ədalət istəyir, işğaldan azad olmaq istəyir, dövlət olaraq tanınmaq istəyir.

Donald Tramp “sülh” deyirdi, amma gətirdiyi tək şey Qüdsdə səfirlik açmaq, bombaları “səmadan ədalət” kimi yağdırmaq və İsrailin sağçı rejiminə açıq dəstək vermək oldu. Sülh bombalarla gəlmir. Sülh, başqasının torpağında hərbi baza qurmaqla gəlmir. Sülh, bərabər hüquqla, qarşılıqlı tanınma ilə və azadlıqla gəlir. Çünki bəzən bir söz, bir qərar, bir tanınma, bir xalqın taleyini dəyişə bilər.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Dünyada cəhənnəm varsa, o, Xersonda olub…” – Növbəti işgəncə otağı aşkar edilib

admin

İsrail İran polkovnikini ÖLDÜRDÜ

admin

Rişi Sunak Ukraynaya səfər edəcək

admin