24.1 C
Bakı
28 İyun 2026 15:24
DünyaHadisə

Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi – FOTOlar

Rusiyanın paytaxtı Moskvada neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Tacxeber.com xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, bu gün səhər saatlarında şirkətin Lujniki rayonunda yerləşən ofisinə xüsusi təyinatlı qüvvələr və əməliyyatçılar daxil olub. Əməliyyat zamanı bir sıra sənədlər müsadirə olunub və əməkdaşların binanı tərk etməsinə müvəqqəti icazə verilməyib.

Qeyd edək ki, “Railgo” şirkəti Azərbaycan əsilli iş adamı Rəhman Xəlilova məxsusdur. Şirkət əsasən neft və neft məhsullarının, o cümlədən Azərbaycanın enerji resurslarının Qara dəniz vasitəsilə tranzit daşınması ilə məşğuldur.

Hazırda axtarışların səbəbləri və istintaqın detalları barədə rəsmi açıqlama verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bayden haqqındakı kitabda şok FAKTLAR: ABŞ-ni əslində kimlər idarə edib?

redaktor

DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib

redaktor

Paşinyanın Əliyevə baxışı gündəm oldu: “Ərdoğanla görüşdə də…”

redaktor