32 C
Bakı
26 İyul 2025 14:01
CəmiyyətMədəniyyət

Nazirlik corab satan məşhur aktyorla bağlı MƏLUMAT YAYDI

Azərbaycanın tanınmış aktyoru Allahverdi Yolçuyev maddi çətinliklər səbəbindən corab satmaqla məşğuldur. Sözügedən məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Tacxeber.comxəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorla bağlı məlumat yayıb.

Qeyd olunub ki, Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:

“Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir”.

Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir”.

Xatırladaq ki, Aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985-1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987-2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, “Laylay”, “Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Flora Kərimovaya qarşı təxribat? – Eks-deputat Xalq artistini qınadı, millət vəkili müdafiə etdi

redaktor

Efirdə arvad axtaranlara dəstək verənlər…

redaktor

Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı – 12 milyon manat gəlir

redaktor