DünyaHadisəSiyasət

Moskvada İsgəndər Xəlilovun oğlunun da şirkətinə basqın edilib

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

Səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir.

“Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Rəhman Xəlilov azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğludur. (Azadlıq Qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər

“Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?”

redaktor

Uçuşlarının sayının çoxluğundan aviaşirkət ona verdiyi sözü tutmayaraq ömürlük bileti ləğv etdi.

admin

Kreml Bakı əleyhinə daha nələri etməyi planlaşdırır?

admin