33 C
Bakı
27 İyul 2025 11:41
DünyaMuharibəSiyasət

İlon Mask Ukrayna cəbhəsində niyə Starlink yayımını söndürtmüşdü?

2022-ci ilin payızında İlon Mask şəxsən SpaceX-in Kaliforniya ofisinin baş mühəndisinə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Ukraynanın müəyyən bölgələrində Starlink peyk rabitəsini söndürməyi tapşırıb.

Tacxeber.com Reuters agentliyinə istinadən xəbər verir ki, o zaman Donetsk və Xerson vilayətləri də daxil olmaqla, Rusiyanın işğal etdiyi Ukrayna bölgələrini əhatə edən ən azı 100 Starlink terminalı söndürülüb.

Nəticədə Ukrayna Silahlı Qüvvələri Xersonun şərqində yerləşən Berislav şəhərində rus ordu qrupunu mühasirəyə ala bilməyib. Buna səbəb rus qoşunlarının hərəkətlərini izləyən pilotsuz təyyarələrin yayımı söndürülüb və dəqiq idarə olunması üçün Starlink-dən istifadə edilən uzaqmənzilli artilleriya bölmələri hədəfləri vura bilməyib.

Bundan bir qədər öncə oxşar hadisə baş vermişdi. Belə ki, həmin ilin iyul ayının 24-də axşam saatlarında Starlink peyk rabitəsində 2,5 saat davam edən irimiqyaslı nasazlıq baş verib. Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələrinin komandanı Robert Brovdi “Starlink bütün cəbhə boyu fəaliyyəti yoxa çıxıb,  döyüş əməliyyatlarının Starlink yayımı olmadan aparılır” deyib.

Ukrayna hökumətinin sosial media paylaşımlarında, 2025-ci ilin aprel ayına olan məlumata əsasən, Kiyev 50 mindən çox Starlink terminalı alıb. Elon Musk isə öz növbəsində kəsilməyə görə üzr istəyib və “bunun bir daha təkrarlanmayacağına” söz verib.

 

Oxşar xəbərlər

Əsir götürülmüş əsgərlərimizlə bağlı Britaniya XİN-ə müraciət edildi

redaktor

Pezeşkian Azərbaycan və Türkiyə ilə oyun oynadı – Yanlış addımın cəzası…

redaktor

“Putin yaralı Tramp üçün kilsədə dua edib”

redaktor