32 C
Bakı
25 İyul 2025 12:45
DünyaSiyasət

Rusiya və Ukrayna arasında memorandum məsələsində razılığa gəlmək çətindir

İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri memorandum layihələri üzərində müzakirələr aparıblar.

Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, tərəflərin mövqeləri hələ də kəskin fərqlidir.

“Mövqelərimiz bir-birindən uzaqdır, lakin biz əlaqələri davam etdirmək barədə razılığa gəldik”, — deyə Medinski qeyd edib.

Üçüncü raund danışıqlar 23 iyul tarixində baş tutub və təxminən 40 dəqiqə davam edib. Görüş zamanı Vladimir Medinski və Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Ümerov təkbətək görüşü keçiriblər. Danışıqların keçirildiyi sarayın ətrafı təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vəzifədən vəzifəyə gedən NAZİRLƏR… – ARAŞDIRMA

redaktor

Ermənilər Putini İrəvanda aksiya ilə qarşılayacaq

redaktor

Qordon: O, Putini addım-addım izləyir

redaktor