DünyaHadisəKriminal

Kiyevdə qanlı terrorun QARŞISI ALINDI: Rus kəşfiyyatının planı İFŞA EDİLDİ-FOTO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xüsusi xidmət orqanlarının iyulun 23-ü axşam saatlarında Kiyevdə qanlı terror aktı törətmək cəhdinin qarşısını alıb.

Bu barədə UNİAN məlumat yayıb.

İstintaq məlumatına görə, ruslar tərəfindən ələ alınmış Kiyev sakini kafeyə təxminən 1,5 kiloqram trotil ekvivalentində olan iki kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirməli imiş. Bombaların pik saatda, uzaqdan idarəetmə ilə partladılması və nəticədə mümkün qədər çox dinc sakinin öldürülməsi planlaşdırılırdı.

Diqqətçəkən məqam odur ki, qadını bu əməliyyatı Rusiya FTX-si (FSB) deyil, guya UTX-nin tapşırığı ilə həyata keçirdiyinə inandırıblar. Beləliklə, ruslar terror aktını “yalançı bayraq” altında reallaşdırmağa çalışıblar.

Hazırda şübhəli şəxs saxlanılıb. UTX araşdırmaları davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

redaktor

Belarusda qırıcılar havaya qalxdı: Ukraynada həyəcan elan edildi

admin

ABŞ Ukraynaya 123,3 milyard dollar yardım ayırıb

redaktor