11 C
Bakı
30 Mart 2026 03:27
CəmiyyətİdmanQalmaqal

“Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər məvacib alırdı ondan danışsın.” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəkləri matçdan əvvəl keçirilən mətbuat konfransında millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib:

“Oyuna bir gün qalmış vaxtlarımız çox olur. Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, “Zirə”də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır… Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burada, bəlkə, karyerası boyu verilməyən dəyər verilib ona. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”.

Qeyd edək ki, bu gün (23.07.2025) “Neftçi Arena”da keçiriləcək “Zirə” – “Hayduk” matçı saat 19:30-da başlayacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kəlmeyi şəhadətini deyib ölümə hazırlaşdı, qəzadan sağ çıxdı – VİDEO

redaktor

Oqtay Əliyevin dəfnindən sonra media niyə tənqid olundu? – “Dəxli olmayan suallar,

admin

Vəzifəsindən azad edilən Cahangir Əsgərovla bağlı məlumatlar – DOSYE

redaktor