34 C
Bakı
25 İyul 2025 14:16
CəmiyyətHadisə

İcra hakimiyyətlərində islahatlar başlayır

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.

Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.

İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.

Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fitnə 3 şeydədir, birincisi qadın sevməkdir” – Hacı Surxay

redaktor

Azərbaycanda uşaqların sayı azaldı – məyusedici statistika

redaktor

Azərbaycanda sərnişindaşıma 36 % artıb

redaktor