14 C
Bakı
23 Mart 2026 15:19
DünyaSiyasət

Tehran ciddi su böhranı ilə üz-üzədir – İran Prezidenti

İran Prezidenti Məsud Pəzeşkiyan paytaxt Tehranda yaşanan su böhranı ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, şəhər su ehtiyatlarının kəskin azalması ilə üzləşib və mövcud vəziyyət narahatedicidir.

Prezident bu fikirləri Daxili İşlər Nazirliyində ölkə üzrə qubernatorlarla keçirilən görüşdə səsləndirib. Onun sözlərinə görə, problemin həlli ictimaiyyətlə koordinasiya olmadan mümkün deyil.

> “Bu gün Tehran su ehtiyatlarının ciddi şəkildə azalması ilə üzləşib və su anbarlarımız narahatedici vəziyyətdədir. Ətraflı təhlillər göstərir ki, su ehtiyatları tükənib və indiyədək bu resurslardan düzgün istifadə edilməyib”, – deyə Pəzeşkiyan qeyd edib.

Dövlət başçısı bildirib ki, yaranmış vəziyyətdə nə təbiəti, nə də başqalarını günahlandırmaq doğru deyil. Onun sözlərinə görə, bu böhranın səbəbi əvvəlki illərdə verilmiş səhv qərarlardır:

“Bugünkü durumdan çıxış yolu yalnız məsuliyyətli, elmi əsaslara söykənən və uzaqgörən idarəetmədən keçir. İstər hökumət, istərsə də xalq bu milli prosesə maksimum diqqət ayırmalı və fəal iştirak etməlidir ki, ölkə su böhranından xilas ola bilsin”, – deyə Prezident vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müharibəni başlatdıqdan sonra Rusiya 18 generalını itirib

admin

Türkiyə dostumuz deyil, planı budur – Zatulin nədən qorxur?

redaktor

Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ – ATƏŞKƏS ELAN EDİLDİ

redaktor