DünyaSiyasət

Putin üçün Trampla yaxşı münasibətlərdən daha vacib olan Ukrayna müharibəsidir – The Guardian

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sabiq prezidenti Donald Trampın ultimatumuna əhəmiyyət vermir. The Guardian nəşrinin yazdığına görə, Kremlin analitikləri və insayderlərinin fikrincə, bu, Putinin ABŞ-la münasibətlərin pisləşəcəyini əvvəlcədən proqnozlaşdırdığını və Ukraynadakı müharibəyə üstünlük verdiyini göstərir.

Mənbələrin bildirdiyinə görə, Moskva Trampla münasibətlərin pozulmasına təəssüflə yanaşsa da, Putin üçün əsas prioritet Ukraynadakı müharibə olub və qalmaqda davam edir. O, hələ də Rusiya qoşunlarının irəlilədiyinə və Ukraynanın müqavimətinin tezliklə qırılacağına inanır.

“Moskva Trampla münasibətlərin istənilən kimi alınmamasından narazıdır. Amma Putinin Trampdan gözləntiləri heç vaxt Ukraynadakı maksimalist məqsədlərindən üstün olmayıb. Onun üçün Ukraynaya müdaxilə mövcudluq məsələsidir”, – deyə keçmiş yüksək vəzifəli Kremlin rəsmisi bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xaçınçaya 200 min balıq buraxıldı

redaktor

Bitkoinin qiyməti 68 min dolları keçdi

admin

Rusiya işğalçıları Ukraynada ağır itkilər verirlər

redaktor