13 C
Bakı
24 Mart 2026 16:35
CəmiyyətDünyaHadisəKriminal

Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu – DTX həbs etdi

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə iyulun 18-də keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə “Abu Malik” təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub.

Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.

Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.

Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ramin Bayramlının təyin etdiyi qalmaqallı direktoru Vüqar Qurbanov işdən çıxardı – FOTO

redaktor

Ukrayna hərbçiləri rusları belə pusquya saldı – Video

redaktor

Ağ Ev ətrafında şübhəli maşın: binalar boşaldıldı

redaktor