Siyasi məhbus , AXCP TŞ- in müdir müavini Elxan Əliyev 17 saylı cəzaçəkmə müəssisəsində təxribatla üz- üzə!
Bir müddət əvvəl 6 saylı CÇM- dən yeri dəyişdirilmiş Elxan bəyin gününü 17 saylı CÇM- də sözün əsl mənasında qara edirlər.
Bu haqda Elxan bəy ailəsinə məlumat verib.
Elxan bəy ailəsinə bildirib ki, müəssisəyə gəldiyi gündən Pentensiar Xidmətin ciddi tapşırığı əsasında oradakı dustaqlar və mülssisə rəhbərliyi tərpfindən ayrı-seçkiliyə məruz qalır. Belə ki, Elxan bəyə salam verən , onunla yaxıınlıq edən dustaqlara müəssisə rəhbərliyi xəbərdarlıq edib töhmət verir .
Bundan başqa digər dustaqları Elxan bəyin üstünə qaldırırlar ki, Elxan bəy aqressiv cavab versin. Bununla da Elxan bəyi təxribata çəkib daha ağır cəza versinlər. İş o yerə çatıb ki, Elxan bəy normal qidalana da bilmir. Ona heç bir şərait yaratmırlar ki, özünə yemək hazırlasın. Hətta müəssisə yeməkxanasında ona yemək vermirlər . Elxan bəy gündə bir dəfə elə olur ki, iki gündə bir dəfə yemək yeyə bilir .
Bu cür münasibət iki dəfə insult keçirmiş Elxan bəy üçün həyatı təhlükə yaradır. Elxan bəyin verdiyi məlumata görə bütün bunların başında Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov durur. Məhz onun taıpşırığı əsasında o hər gün təxribatla üz- üzə qalır.