DünyaSiyasət

“Aİ Ukraynanı qəbul etməkdən uzaqdır” – Makron

“Avropa İttifaqı hələ də Ukraynanı qəbul etməkdən çox uzaqdır”.

Bunu Fransa prezidenti Emanuel Makron Aİ sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Ukraynanı qəbul etməkdən çox uzağıq. Yeni dövlətlərin Avropa İttifaqına daxil edilməsi qaydalarımızda dərin islahatlar tələb edəcək”, – deyə Makron əlavə edib.

O, həmçinin Macarıstanın baş naziri Viktor Orbanın özünü avropalı kimi aparacağına və Avropanın siyasi gələcəyini girov götürməyəcəyinə ümid etdiyini dilə gətirib. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

Əli Əliyevi susdurdular. Bəs nə qazandılar?

redaktor