CəmiyyətGündəmHadisəQalmaqalŞikayətSiyasət

Siyasi məhbusun doktorantı olduğu Çexiyanın Çarlz Universitetinin rektoru bəyanat yayıb.

Saxta ittihamla həbs olunmuş siyasi məhbus Bəhruz Səmədovun doktorantı olduğu Çexiyanın Çarlz Universitetinin rektoru bu məzmunda bəyanat yayıb.

“Çarlz Universitetinin Sosial Elmlər Fakültəsinin azərbaycanlı fəlsəfə doktoru tələbəsi Bəhruz Səmədovun dövlətə xəyanət və ekstremizmdə ittiham olunaraq, vətənində 15 il müddətinə azadlıqdan məhrum edilməsi işini dərin narahatlıqla izləyirik.

Çarlz Universitetinin Azərbaycan institutları (xüsusən də Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti) ilə elm və təhsil sahəsində uzunmüddətli əməkdaşlıq ənənəsi var.

Biz həmişə açıq şəkildə qarşılıqlı münasibətləri saxlamağa çalışmışıq, ona görə də, bu gün tələbəmizə qarşı bu cür sərt və şübhəsiz ki, siyasi motivli hökmün əleyhinə çıxış etməliyik.

Biz Bəhruz Səmədovun arxasındayıq, onunla və ailəsi ilə sarsılmaz həmrəyliyimizi bildiririk. Biz onunla bağlı cinayət işini izləməyə davam edəcəyik və tərəfdaş olduğumuz universitetlər ilə beynəlxalq dəstək üçün əlavə imkanlar axtaracağıq”

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Neftçi” rəhbərliyindən anlayış görürəm, futbolu çox yaxşı dərk edirlər” – Qriqorçuk

admin

ABŞ hakimi Epstein işinin sirrini açmaqdan imtina edir

redaktor

Başbuğ: Yasin Hüseynzadəni aradan götürəcəklər – Video

redaktor